ENA+

Əliyevlə Paşinyan ABŞ-da görüşə bilər

16-17 fevral tarixlərində Münhen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın görüşü gözlənilir.

BI” xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazıb. Nəşr qeyd edir ki, Xarici işlər nazirlərinin görüşündən sonra ABŞ-da Azərbaycan prezidenti İlham Əliyevlə erməni Baş nazir Nikol Paşinyanın görüşünün olacağı da ehtimal olunur.

Paşinyanın mətbuat katibi Vladimir Karapetyan isə bu barədə hər hansı informasiyaya malik olmadığını bəyan edib.

Qeyd edək ki, Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bir neçə gün öncə nazir Sergey Lavrovun Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində hələ ki, hər hansı görüşünün nəzərdə tutulmadığını bildirib.

Xatırladaq ki, E. Məmmədyarovla Z. Mnatsakanyanın sonuncu görüşü yanvarın 16-da Parisdə baş tutub.

Prezident İlham Əliyev Baş nazir Nikol Paşinyanla yanvarın 22-də İsveçrədə Davos Dünya İqtisadi Forumu çərçivəsində görüşüb. 1,5 saat davam edən qeyri-rəsmi görüşdə Dağlıq Qarabağ münaqişəsinin hazırkı danışıqlar prosesinin vəziyyəti və gələcək müzakirələr barədə fikir mübadiləsi aparılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)