Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilib
Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.
ENA.az xəbər verir ki, parlamentin fevralın 23-də keçirilən plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyevin F.Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında təqdimatına baxılıb.
Müzakirələrdən sonra təqdimat səsverməyə çıxarılaraq qəbul edilib. O, daha sonra and içib.
Qeyd edək ki, F.Məmmədov bundan öncə ədliyyə naziri olub.