Gündəm

Kamil Zeynallı bu maddələrlə ittiham olunur

Rusiyada saxlanılan idmançı Kamil Zeynallının ittiham olunduğu maddələr məlum olub.

Kamil Zeynallının vəkili Ələkbər Qarayev bildirib ki, müvəkkili Vətən müharibəsi başlayandan iki gün sonra, 29 sentyabr 2020-ci ildə Ermənistan tərəfindən axtarışa verilib. Ona qarşı həmin ölkənin Cinayət Məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham verilib.

Vəkilin sözlərinə görə, hələ 48 saatlıq tutulma qərarı var. O, sabah həbs tələbi ilə məhkəməyə çıxarılacaq.

Xatırladaq ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. O, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsini göstərib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu onun Ermənistanın tələbi ilə saxlanılmasını təsdiq edib

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)