Bakıdakı bu binaların təmirinə başlanılır

Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binalar təmir olunacaq.
Bu barədə "Bakı Şəhər Əsaslı Tikinti və Təmir"dən məlumat verilib.
Artıq təmir işləri üzrə layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.
Belə ki, həmin binalarda qəzalı eyvanlar bərpa olunacaq, dam örtüklərində, çardaqlarında, girişlərində və fasadlarında təmir işləri aparılacaq.(İqtisadiyyat.az)