Sosial iqtisadiyyat

Fevralın əvvəlində temperatur normadan 14 dərəcə yüksək olub

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov fevralın ilk ongünlüyündə Bakıda və Abşeron yarımadasında 22-24, rayonlarda isə 22 dərəcəyədək isti qeydə alındığını bildirib.

Xidmət rəisi buna səbəb kimi sinoptik şəraitlə əlaqədar cənub istiqamətli isti hava axınının ölkə ərazisinə daxil olmasını göstərib.

Onun sözlərinə görə, fevral ayının ilk ongünlüyündə ölkə ərazisində müşahidə olunan mülayim hava qışdan çox yaz fəslini xatırladıb: "Mülayim cənub istiqamətli küləklərin fonunda havanın temperaturu iqlim normasından 2-14 dərəcə yüksək olub. Çoxillik meteoroloji müşahidə məlumatları və təhlillər göstərir ki, ötən illərin fevral ayında da belə anomal isti hava şəraiti müşahidə olunub. Bakıda və Abşeron yarımadasında ötən ilin eyni dövründə havanın temperaturu 21 dərəcə, 2021-ci ildə 22 dərəcə, 2020-ci ildə isə 25 dərəcəyədək yüksəldiyi qeydə alınıb".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)