MALİYYƏ

Mask “SpaceX”in qeydiyyatda olduğu ştatı Texasa dəyişib

“SpaceX”in qeydiyyatda olduğu ştat Delaverdən Texasa dəyişdirilib.

Bu barədə amerikalı sahibkar İlon Mask sahibi olduğu “X” sosial şəbəkəsində bildirib.

“SpaceX” qeydiyyatda olduğu ştatı Delaverdən Texasa dəyişdi”, – milyarder yazıb.

Yazıya həmçinin Texas qubernatorluğundan “SpaceX”in qeydiyyatında dəyişiklikləri təsdiq edən sənəd də əlavə olunub.

İş adamı həmçinin Delaverdə qeydiyyatdan keçmiş şirkəti olan hər kəsin qeydiyyatını “mümkün qədər tez” dəyişməyi tövsiyə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)