Bank

Bankların dollar alışı kəskin artdı - HƏRRAC

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara 151,1 milyon dollar satıb. ENA.az xəbər verir ki, artımın başlıca səbəbi idxal əməliyyatları üzrə hesablaşma əməliyyatlarında xarici valyutaya ehtiyacın artmasıdır. 

Fevralın 8-də keçirilən hərracda banklara 61,4 milyon dollar məbləğində xarici valyuta satılmışdı.

“Fevralın 13-də keçirilən hərracda tələb $151,1 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən bildirilib.

Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)