Persona

İngiltərə kralı Çarlza xərçəng diaqnozu qoyuldu

Yanvarın sonunda İngiltərə kralı III Çarlz prostat vəzinin böyüməsi ilə bağlı müalicə alarkən aparılan testlərdə daha bir "narahatedici" vəziyyətin müşahidə edildiyi və kral Çarlzın xərçəng xəstəliyinə tutulduğu bildirilmişdi.

Bukingem Sarayından verilən açıqlamada, Kral Çarlzın prostat böyüməsi səbəbiylə yanvarın sonunda xəstəxanada müalicəsi zamanı "narahatedici" bir əlamətin müşahidə edildiyi bildirilib.

Açıqlamada "Sonrakı testlərdə bir xərçəng növü diaqnozu qoyuldu" deyilərkən, müntəzəm müalicə proqramına başlanıldığı və həkimlərin Krala ictimai proqramlarını təxirə salmağı tövsiyə etdiyi qeyd edilib.

Kralın rəsmi vəzifələrini davam etdirəcəyi paylaşılan açıqlamada, "Müalicəsinə tamamilə müsbət yanaşır və ən qısa zamanda vəzifəsinə qayıtmağı səbirsizliklə gözləyir", - deyilib.

Açıqlamada kralın fərziyyələrin qarşısını almaq üçün xəstəliyi ilə bağlı məlumat paylaşmağı seçdiyi də vurğulanıb.

Prostat xərçəngi deyil
Bukingem Sarayının sözçüsü Kral Çarlzın sağlamlıq vəziyyəti ilə bağlı təfərrüatları da paylaşıb. Sözçü kralın prostat xərçəngi olmadığını vurğulayaraq, bu mərhələdə əlavə məlumatın paylaşılmayacağını qeyd edib.

Kralın xərçənginin hansı mərhələdə olduğu barədə ətraflı məlumat verməyən sözçü, müalicənin hələlik xəstəxana xaricində davam etdiyini və Kralın bir çox proqramını təxirə saldığına və ya ləğv etdiyinə görə peşman olduğunu bildirib.

Anası Kraliça II Yelizavetanın ölümündən sonra 73 yaşında taxta çıxan və 74 yaşında tac taxan Çarlz ən uzun müddət hakimiyyətdə olan vəliəhd şahzadə və ən yaşlı İngiltərə kralı tituluna sahibdir. taxtına.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)