TURİZM

AZAL yeni “Airbus A320neo” təyyarələri alır

Azərbaycanın milli aviadaşıyıcısı AZAL CO2 emissiyalarının azaldılması üçün üç yeni “Airbus A320neo” təyyarələrinin alınmasını planlaşdırır.

Bu barədə Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumatda qeyd edilib.

Qeyd edilib ki, AZAL dayanıqlı inkişaf və sosial məsuliyyətə sadiqliyini nümayiş etdirən bir sıra təşəbbüsləri artıq reallaşdırıb.

Bu təşəbbüslərə donanmanın modernləşdirilməsi və CO2 emissiyalarının azaldılması üçün üç yeni “Airbus A320neo” təyyarələrinin alınması, müxtəlif layihələr vasitəsilə cəmiyyətə dəstək, o cümlədən ədalətli əmək təcrübələri, işçilərin inkişafı proqramları və digər tədbirlərin həyata keçirilməsi daxildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)