İnşaat və əmlak

Kirayə haqqına görə vergini kim ödəməlidir?

ENA.az kirayə götürülən zaman kirayə haqqına görə verginin kimin ödəməsi ilə bağlı vergi məsələləri üzrə ekspert Nahid Tağıyevin şərhini təqdim edir:

"Təcrübə göstərir ki, bəzi hallarda şəxslər kirayə götürdüyü evlə bağlı müqavilə bağlayarkən kirayə müqaviləsində kirayə haqqına görə vergi ödəmə öhdəliyi kirayə götürənin üzərinə qoyulur. Halbuki, qanunvericilik bunun əksini deyir. Belə ki, kirayəyə götürən şəxs həmin mənzili yaşayış məqsədilə kirayə götürür və vergi orqanına vergi ödəyicisi kimi uçotda deyilsə, bu halda mənzili kirayə verən şəxs özü vergi orqanında uçota düşməlidir və illik gəlir vergisi bəyannaməsi təqdim edərək aldığı məbləğdən gəlir vergisi ödəməlidir. Əgər mənzili kirayə götürən şəxs vergi orqanına uçotdadır və mənzildən sahibkarlıq fəaliyyəti üçün istifadə edirsə, vergini kirayə götürən ödəməlidir". 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)