Birja

Nefti ucuzlaşdıran Liviya faktoru

Bazar ertəsi səhər Liviyanın ən böyük yatağında hasilatın bərpasından sonra etalon neftlərin qiymətləri düşür.

Londonun ICE Futures birjasında saat 9:11-ə Brent neftinin mart fyuçerslərinin kotirovkaları bir barel üçün 78,23 dollar təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışındakı səviyyədən 0,33 dollar (0,42%) aşağıdır. 

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda WTI markalı neftin fevral ayı üçün fyuçerslərinin qiyməti 0,25 dollar (0,34%) azalaraq bir barelə görə 73,16 dollar təşkil edib. Əvvəlki ticarətin nəticələrinə görə, bu müqavilələrin dəyəri 0,67 dollar (0,9%) ucuzlaşaraq bir barel üçün 73,41 dollara çatıb. Fevral müqaviləsi bazar ertəsi bazar bağlandıqda başa çatır. Mart ayı üçün daha aktiv şəkildə satılan fyuçerslər 0,31 dollar (0,42%) azalaraq 72,94 dollar/barel təşkil edib.

Ötən həftə Brent 0,3%, WTI 1% bahalaşıb.

Liviya Milli Neft Korporasiyası bazar günü fors-major rejiminin ləğv edildiyini və məhsuldarlığı sutkada 300 min barrelə çatan Əl-Şərəra yatağında hasilatın tam bərpa olunduğunu elan edib.

Yataqdan Zaviyə ixrac terminalına tədarükün dayandırılmasına səbəb olan etiraz aksiyaları ilə bağlı fors-major rejimi yanvarın 7-dən qüvvədədir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)