Bu qurumun strukturunda dəyişiklik oldu
Nazirlər Kabineti "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə" dəyişiklik edib.
"BI"nin məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
"Peşə təhsili haqqında" 2018-ci il 24 aprel tarixli Qanunun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin 2014-cü il 24 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.30-cu yarımbəndində (Cəmiyyətin əsas məqsədləri və fəaliyyət istiqamətləri - kadr potensialının formalaşdırılması üçün ixtisaslaşdırılmış ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin təsis edilməsi və idarə olunması, habelə elmi-axtarış fəaliyyətinin həyata keçirilməsi;) “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəzlənib.