Azərbaycan bir neçə ölkəyə sürtkü yağlarının ixracına başladı – ilk dəfə
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “ALCO” MMC 2023-cü ildə ilk dəfə olaraq Kolumiya, Mərakeş, Əlcəzair, İordaniya, Nigeriya, Keniya, Cənubi Sudan, Yəmən, CAR, Dominikan və s. ölkələrə sürtkü yağlarının ixracına başlayıb.
Bu barədə İZİA-dan bildirilib.
Qeyd edək ki, “ALCO” MMC tərəfindən 2023-cü il ərzində ümumilikdə 46 min ton məhsul satışı həyata keçirilib, bunun da 44 min tondan çox hissəsi dünyanın 35-dən çartıq ölkəsinə ixrac edilib.