Bank

Bank Respublika Yeni ilə mükafatla başladı

Ötən il çoxsaylı sosial layihələr həyata keçirən Bank Respublika, Korporativ Sosial Məsuliyyət (KSM) layihələri üzrə ölkəmizdə beşinci dəfə olaraq keçirilən “Milli KSM Mükafatı″ müsabiqəsinin növbəti dəfə qalibi seçilib.

Bank bu mükafata, həyata keçirdiyi “Şəhid övladları Baş Tacımızdır!” adlı layihəyə görə layiq görülüb. Belə ki, layihə çərçivəsində “1 iyun – Uşaqların Müdafiəsi Günündə” Bankın Vətən müharibəsində iştirak etmiş əməkdaşları, xalqımıza Qələbə sevinci yaşadan Bankın şəhid olmuş müştərilərinin övladlarını ziyarət ediblər, onlara müxtəlif kitab və hədiyyələr təqdim ediblər.

Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açan bankın əməkdaşları, şəhid övladlarına atalarının igidliklərinə görə qürur duymalarını və Azərbaycan xalqının hər zaman onları xatırlayacağını bildiriblər.

Sözügedən layihə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədləri üzrə seçilib. Müsabiqəyə ölkəmizdə müxtəlif sektorlarda fəaliyyət göstərən təhsil, bank, səhiyyə, mobil oprerator, sığorta şirkətləri həyata keçirdikləri layihələri təqdim edib. Qaliblər bir sıra dövlət qurumlarının nümayəndələrindən ibarət komissiya tərəfindən müəyyən edilib.

Qeyd edək ki, “Milli KSM Mükafatı” müsabiqəsinin əsas məqsədi ölkəmizdə həyata keçirilən korporativ sosial məsuliyyət layihələrinin və xeyriyyəçilik işlərinin sayının artırılmasına təkan vermək, həmçinin KSM layihələri həyata keçirən şirkətlərin fəaliyyətini daha geniş miqyasda təqdir etməkdir.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebookinstagramlinkedintelegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)