Azərbaycanda bəzi bank kartları ilə bağlı problem yaranıb - Rəsmi açıqlama
Bir neçə saatdır bəzi banklara məxsus kart əməliyyatlarında problem yaranıb. Müştərilər bildirir ki, kartlar işləmir, heç bir əməliyyat həyata keçirmək mümkün deyil.
Məsələ ilə bağlı “Azərikard” açıqlama yayıb:
“Azərikard” prosessinq mərkəzinin xidmət göstərdiyi bankların ATM-lərindən, POS-terminallarından və mobil tətbiqlərindən istifadə zamanı məhdudiyyətlər yaranıb.
Texniki xidmət göstərən şirkətlə birgə məsələ ilə bağlı tədbirlər görülür və problem tezliklə həll olunacaq”.