MALİYYƏ

Prezidentdən Ramil Usubovla bağlı SƏRƏNCAM

Ramil İdris oğlu Usubov “Şərəf” ordeni ilə təltif edilib.

ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

R.Usubov Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Ramil Usubov Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibidir. O, ötən həftə 75 yaşını tamamlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)