BİZNES

“GL LTD”yə baş direktor təyin edilib

Azərbaycanda neft-qaz yataqların idarəedilməsini həyata keçirən “GL LTD”nin İnsan resursları və təlim və inkişaf üzrə vitse-prezidenti Fəridə Ağayeva 7 yanvar 2024-cü il tarixindən etibarən İnsan resursları üzrə baş direktor vəzifəsinə təyin ediləcək.

Bu barədə şirkətdən bildirilir.

F.Ağayeva 2021-ci ilin noyabrından “GL LTD”də çalışır. Bu dövrdən öncəki son 13 ilini “Baku Steel Company” QSC-də müvafiq sahə üzrə çalışıb. Son 8 ilini BSC-nin baş direktorunun müavini və eləcə də İnsan resursları departamentinin direktoru kimi çalışıb.

“Fəridə xanım yeni vəzifəsində birbaşa olaraq GL şirkətinin Baş icraçı direktorunun tabeliyində fəaliyyət göstərməyə davam edəcəkdir”- deyə, şirkət qeyd edir.

Xatırladaq ki, “GL LTD” MMC 2019-cu ilin aprelində yaradılıb və “GL International LTD”nin törəmə şirkətidir. 2021-ci il dekabrın 14-də Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar SOCAR ilə “GL International LTD” MMC (“GL LTD”) arasında Risk Xidmət Sazişi bağlanmışdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)