Dövlət şirkətinin 50 milyon dollarlıq istiqrazları satışa çıxarıldı
"Bakı Fond Birjası" QSC-nin (BFB) elan edib ki,dekabrın 18-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) ümumi dəyəri 50 milyon dollar olan yeni istiqrazlarına abunə yazılışı başlayıb.
BFB-nin məlumatında deyilir ki, istiqrazlara abunə yazılışı prosesi 2024-cü il fevralın 18-nə qədər davam edəcək.
Xəbər verildiy kimi, istiqrazların emissiyası nominal dəyəri 1 min dollar olan 50 min ədəd səhmə bölünüb.
Onların illik gəlirliliyi 6% təşkil edəcək, kupon ödənişi 6 aydan bir ödəniləcək.
İstiqrazların yerləşdirilməsindən əldə olunan vəsait beynəlxalq hövzələrdə istismar üçün böyük gəmilərin alınmasına yönəldiləcək.
ASCO-nun istiqrazlarını BFB-nin meydançasında yerləşdirmək planlaşdırılır. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC çıxış edəcək.
Bu, ASCO-nun ikinci istiqraz yerləşdirilməsi olacaq.
Xəbər veridliyi kimi, martın 3-də Bakı Fond Birjasında (BFB) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC-nin $100 milyon məbləğində beşillik istiqrazlarının yerləşdirilməsi yekunlaşıb. Abunə yazılışı zamanı 125 investor tərəfindən 126 sifariş təqdim edilib. Abunə yazılışı üzrə sifarişlərin nominal qiymətlə ümumi məbləği $113 milyon 997 min, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi $100 milyon təşkil edib.
Emissiya bir qiymətli kağızın nominal dəyəri $1000 olan 100 min ədəd səhmə bölünüb. İstiqrazın illik faiz dərəcəsi 6%-dir, faiz ödənişləri 6 aydan bir olmaqla investorlara ödəniləcək.
Daha əvvəl “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev bildirmişdi ki, istiqrazların yerləşdirilməsindən əldə olunan vəsait ASCO-nun Xəzərdən kənar fəaliyyətinin genişləndirilməsinə, eləcə də beynəlxalq hövzələrdə istismar üçün yeni tipli daha böyük gəmilərin (Alfamax, Handysize və s.) alınmasına yönəldiləcək.