YAP İlham Əliyevin prezidentliyə namizədliyini İRƏLİ SÜRDÜ

Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.
ENA.az xəbər verir ki, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib.
Qeyd edək ki, 7 fevral 2024-cü il tarixində Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.