Əsas məzmuna keç
Bakı +17°, tufanlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Qarabağ

Qazax-İcevan sərhədində hərbçilərin mübadilə prosesi başlayıb - FOTOLAR

Qazax-İcevan sərhədində hərbçilərin mübadilə prosesi başlayıb - FOTOLAR

Hazırda Qazax və İcevan rayonlarının sərhədində Ermənistanla Azərbaycan arasında saxlanılan hərbçilərin dəyişdirilməsi prosesi başlayıb.

Bu barədə Ermənistan KİV-nin məlumatında bildirilib. Hadisə yerindən fotolar da yayımlanıb.

Bir müddət sonra tərəflərin nümayəndələri mübadilə yerinə gələcəklər.

Xatırladaq ki, dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb. Açıqlamada tərəflər arasında bir sıra razılığın əldə edildiyi bildirilib.

Razılaşmaya əsasən, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı əsgəri (Aqşin Bəbirov və Hüseyn Axundov) azad edəcək.