Bank

"Palata bu bankları birləşdirməlidir" - AÇIQLAMA

“Azərbaycanda müflis olmuş banklarla bağlı əsas problem sığortalanmayan əmanətlərin qaytarılmaması məsələsidir. Artıq bir neçə ildir ki, bu problemlər hələ də həllini tapmır”.

Banklarla vətəndaşlar arasındakı çəkişmə yeni rəsmi qərar qəbul edilməsinə səbəb olub.

"BI" xəbər verir ki, bu sözləri açıqlamasında iqtisadçı-alim Vüqar Bayramov deyib. O, bankların müflisləşməsinin qarşısının alınması üçün təklif səsləndirib: “Yaxşı olardı ki, 2016-cı ildə bankların müflisləşməsi prosesi cari ildə müşahidə edilməsin. Bu səbəbdən hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası çalışır ki, bankların müflisləşməsini deyil, birləşdirilməsini həyata keçirsin”.

V.Bayramov aparılan qiymətləndirmənin nəticələrindən danışıb: “Aparılan qiymətləndirmə onu göstərir ki, sektorda hələ də zəif banklar var. Bizim qiymətləndirməmizə görə, bu gün belə bankların sayı dörddür. Maliyyə Bazarlarına Nəzarət Palatası bu bankların birləşdirilməsinə çalışmalıdır”.

 

 (c) Sputnik

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)