Simonyan: "5-10 günə sülh müqaviləsi imzalana bilər"
![](https://ena.az/uploads/news/2023-12/_ena_14325e1811d60a5816ad7db7d_o.jpg)
"Ermənistan dəfələrlə bəyan edib ki, sülh müqaviləsi üzrə görüşlərdən imtina etmir".
ENA.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan ABŞ dövlət katibinin köməkçisi Ceyms O`Braynın bəyanatını jurnalistlərə şərh edərkən deyib.
"Ümid edirik ki, real sülhə gətirib çıxaracaq əməli addım atılacaq. Mən artıq demişəm ki, 5-10 gün ərzində sülh müqaviləsi imzalana bilər. Təkliflərimizi mübadilə etdik, bu artıq altıncı mübadilədir. Əgər rəsmi Bakıdan yeni təkliflər olmazsa, mövcud variantda dəyişiklik edilməzsə, bunu bir neçə gün ərzində etmək olar", - spiker söyləyib.
Qeyd edək ki, ABŞ rəsmisi Azərbaycan və Ermənistan XİN başçılarını Vaşinqtona danışıqlar aparmağa dəvət edib.