MALİYYƏ

Banklar hərracdan dollar alışını artırdılar (30.11.2023)

Bu gün Dövlət Neft Fondu (ARDNF) valyuta hərracında banklara 77,8 milyon dollar satıb. Noyabrın 28-də keçirilən hərracda banklara 68,2 milyon məbləğində xarici valyuta satılmışdı.

“Noyabrın 30-da keçirilən hərracda tələb 77,8 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMBbildirilib.

Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)