Qarabağ

Sərhəddə Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin görüşü başlayıb

Azərbaycan və Ermənistanın delimitasiya üzrə komissiyasının sərhəddə görüşü başlayıb.

ENA.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistanın baş nazirin müavini Mqer Qriqoryanın ofisi yayıb.

Görüş Qazaxla sərhəddə keçirilir. Azərbaycan tərəfini baş nazirin müavini Şahin Mustafayev, qarşı tərəfi onun erməni həmkarı Mqer Qriqoryan təmsil edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)