Bu yoldan keçən sürücülər cərimələnəcək - VİDEO
4 xətt üzrə-7A, 7B, 11 və 93 nömrəli avtobusların yolu 1,3 kilometr qısaldılıb.
Məlumata görə, Yerüstü Nəqliyyat Agentliyinin şöbə müdiri Tərlan Səfərov deyib ki, ərazidə təhlillər aparılıb və ictimai nəqliyyatın rahat hərəkətini təmin etmək məqsədilə dəyişiklik edilib.
Yeni işıqforlar və yol nişanları quraşdırılıb, nişanlanma xətləri çəkilib.
Qeyd edək ki, Ziya Bünyadov prospekti, Ayna Sultanova istiqamətində yerləşdirilən işıqfor yalnız avtobuslar üçün nəzərdə tutulub.
Ərazidə yol polisi də nəzarəti artırıb və düzünə hərəkət edən digər sürücülər 40 manat cərimə edilirlər.
Xezerxeber.az mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik: