Əmanətlərin Sığortalanması Fondunda - YENİ TƏYİNAT
Vergilər nazirinin sabiq müşaviri, vergi generalı Habil Məmmədov yeni vəzifəyə təyinat alıb.
"BI" xəbər verir ki, H.Məmmədov Himayəçilik Şurasının qərarı ilə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.
Xəbəri sayta Əmanətlərin Sığortalanması Fondundan təsdiqləyiblər.
Qeyd edək ki, hazırda Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti Vüqar Rafik oğlu Abdullayev icra edir.
Xatırladaq ki, Məmmədov Habil Amil oğlu bundan əvvəl sabiq vergilər naziri Fazil Məmmədovun büdcə proqnozlarının icrası üzrə müşaviri vəzifəsində çalışıb. Daha sonra vergilər naziri Mikayıl Cabbarovun əmri ilə vəzifəsindən kənarlaşdırılmışdı.
(c) Unikal.org