Hesabatlar

On ayda Azərbaycanda ÜDM 0,5% artıb

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 100,9 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5% çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin 9 ayının yekunları üzrə Azərbaycanda ÜDM 0,8% artıb.

9 ay ərzində iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 3,1% artıb, neft-qaz sektorunda isə 2,3% azalıb.

ÜDM istehsalının 41,3%-i sənaye, 9,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2%-i nəqliyyat və anbar təsərrüfatı, 6,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5%-i tikinti, 2,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrinin, 18%-i digər sahələrin payına düşüb.

Məhsula və idxala xalis vergilər ÜDM-in 9,4%-ni təşkil edib.

Yanvar-oktyabr aylarında əhalinin hər nəfərinə düşən ÜDM 9 min 938,7 manata bərabər olub.

Yenilənmiş proqnozlara əsasən, 2023-cü ildə Azərbaycanda ÜDM artımı 1,9% səviyyəsində gözlənilir.

2022-ci ildə Azərbaycanda ÜDM 4,6% artıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)