Ukrayna "Shahed" PUA-larının analoqunu istehsal edəcək
"Ukroboronprom" 1000 kilometrə qədər uçuş məsafəsi olan "Shahed" dronlarının Ukrayna analoqunun kütləvi istehsalına başladığını elan edib.
ENA.az "Strana"ya istinadən xəbər verir ki, bu barədə konsernin baş direktoru German Smetanin məlumat verib.
"Ukraynada bir çox dövlət və özəl istehsalçılar var. Bizdə "Shahed"in analoqu var, daha güclü modellər də var, çünki bunlar o qədər də uzağa uçmurlar. İndi biz daha mürəkkəb və bahalı layihələrin istehsalına yönəlmişik. Yüksək performans lazımdır”, - o qeyd edib.
Direktorun sözlərinə görə, Müdafiə Qüvvələri əməliyyatları üçün artıq yeni PUA sifariş edib.