Qazaxıstanla Çin arasında viza rejimi ləğv edilir
Qazaxıstanla Çin arasında 10 noyabrdan vizasız səyahət rejimi başlayacaq.
Bu barədə “Sputnik”in Qazaxıstan bürosu məlumat yayıb.
Məlumata əsasən, Qazaxıstanın Baş naziri Alixan Smailov Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Çianla görüşdə vizasız rejimin başlamasının ölkələr arasında ticarəti əhəmiyyətli dərəcədə stimullaşdıracağını qeyd edib.
Qazaxıstan hökumətinin başçısı qeyd edib ki, ötən il ölkəsinin Çinlə ticarət dövriyyəsi 35 faiz artaraq 24.2 milyard dollarlıq rekord həddə çatıb. Cari ildə qarşılıqlı ticarətin dövriyyəsi 21 faiz də artıb.