Qarabağ

Paşinyan Qarabağdan könüllü gedən ermənilərə Ermənistan vətəndaşlığı verilməsini tezləşdirməyi tapşırıb

Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdan könüllü gedən ermənilərə ölkə vətəndaşlığının verilməsini tezləşdirməyi tapşırıb.

Paşinyan bu məsələ ilə bağlı hökumətin iclasında tapşırıq verib.

Ermənistan hökumət rəhbərinin sözlərinə görə, bir çox şəxslər vətəndaşlığın alınması üçün müraciət edir və dövlət orqanlarının vəzifəsi bütün prosedurlara uyğun olaraq onlara köməklik göstərməkdir.

Paşinyan həmçinin əlavə edib ki, hökumətin məqsədi Qarabağa qayıtmaq istəməyən ermənilərin ölkədə qalması üçün şərait yaratmaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)