“PAŞA Bank Gürcüstan”ın İdarə Heyətinə yeni sədr təyin edilib
“PAŞA Bank Georgia”nın İdarə Heyətinə yeni təyinatlar olub.
Bankın Müşahidə Şurasının qərarı ilə bu ilin oktyabr ayından Ramil İmamov İdarə Heyətinin yeni sədri seçilib.
Bundan əlavə, Pərvin Məmmədov İdarə Heyətinin üzvü və baş maliyyə direktoru vəzifəsinə təyin edilib. Paralel olaraq Selim Berent İH-nin üzvlüyündən ayrılıb.
Qeyd edək ki, bu il sentyabrın 20-da Nikoloz Şurqaya “PAŞA Bank Georgia”nın İH-nin sədrliyindən istefa verib. Bu dövrdə, həmçinin bankın Müşahidə Şurasında dəyişikliklər baş verib. Bankın səhmlərinin 9,8%-i "PAŞA Holdinq"in nəzarətinə keçib. Nəticədə "PAŞA Bank"ın törəmə bankındakı payı 90,2%-ə enib.