Sənaye

Fitch: "SOCAR-a kapital qoyuluşu 7 milyard dolları ötəcək"

2023-2026-cı illərdə SOCAR-ın kapital qoyuluşu 12,6 milyard manat məbləğində (cari məzənnə ilə $7,4 milyard) qiymətləndirilir. Bu barədə “Fitch” reytinq agentliyi məlumat verir.

“2023-2026-cı illərdə şirkətin kapital qoyuluşu manatın sabit məzənnəsi 1,7 manat/1USD olmaqla 12,6 milyard manat təşkil edəcək”, - press-relizdə qeyd olunur.

“Fitch”in proqnozlarına görə, 2023-ci ildə “Brent” markalı neftin bir barelinin orta qiyməti $80, 2024-cü ildə $75, 2025-ci ildə $70, 2026-cı ildə $65 təşkil edəcək.

"SOCAR 2023-cü il iyun ayının sonuna 5,8 milyard manat qısamüddətli borcuna qarşı 8,4 milyard manat məbləğində pul vəsaitinin (caş balance) olduğunu bildirib. Biz 2023-2024-cü illərdə SOCAR-ın likvidliyini dəstəkləyən əlverişli neft və qaz qiymətləri fonunda güclü pul axınının (ash-flow generation) formalaşacağını gözləyirik", - Fitch vurğulayır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)