TURİZM

Azərbaycana ən çox turist hansı ölkədən gəlir?

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 184 ölkədən 1 milyon 535,8 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 32,1 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

ENA.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gələnlərin 31 %-i Rusiya, 17,8 %-i Türkiyə, 7,5 %-i İran, 5 %-i Hindistan, 4,8 %-i Gürcüstan, 4,3 %-i Səudiyyə Ərəbistanı, 2,7 %-i Qazaxıstan, 2,5 %-i Pakistan, 2 %-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 1,8 %-i Özbəkistan, 1,7 %-i İsrail, hər birindən 1,5 % olmaqla Küveyt və Ukrayna, 1,4 %-i Belarus, 1,2 %-i Türkmənistan, hər birindən 1,1 % olmaqla Çin və Böyük Britaniya, 11,1 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 69,7 %-ni kişilər, 30,3 %-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 8,2 dəfə, Cənubi Koreyadan 3,4 dəfə, Türkmənistandan 2,9 dəfə, Hindistandan 2,1 dəfə, Polşadan 2 dəfə, Qazaxıstandan 1,9 dəfə, Tacikistandan 1,9 dəfə, Misirdən 1,8 dəfə, Filippindən 1,8 dəfə, Qırğızıstandan 1,8 dəfə, Bəhreyndən 1,6 dəfə, Belarusdan 1,6 dəfə, Moldovadan 1,6 dəfə, Özbəkistandan 1,6 dəfə, İspaniyadan 1,6 dəfə, İtaliyadan 1,6 dəfə, Rusiyadan 1,5 dəfə, ABŞ-dan 41,4 %, Kanadadan 41,1 %, İsraildən 34,6 %, Gürcüstandan 31,7 %, Niderlanddan 30,2 %, Böyük Britaniyadan 26,3 %, Küveytdən 24 %, Fransadan 23,2 %, Almaniyadan 20,6 %, Türkiyədən 20 %, BƏƏ-dən 11,6 %, Ukraynadan 8,6 % artıb.

Bundan başqa, son 1 ildə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 619,2 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 39,5 % artaraq 77,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 9,3 % azalaraq 257,1 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72,2 %-i hava, 26,5 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)