Gündəm

Azərbaycanda 2028-ci ildən FM analoq radio yayımı mərhələli şəkildə dayandırılacaq

2028-ci ildən ölkə ərazisində FM analoq radio yayımının mərhələlərlə dayandırılmasına başlanılacaq.

Bu, Azərbaycan ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planında öz əksini tapıb.

Tədbirlər Planının hədəf göstəricilərinə əsasən, 2027-ci ildə ölkə ərazisinin 99.6 faizi rəqəmsal radio yayımı ilə əhatə olunacaq.

Tədbirlər Planında nəzərdə tutulmuş prioritetlərin icrası nəticəsində 2026-cı ilədək rəqəmsal radio yayımına keçidlə əlaqədar tələb olunan normativ hüquqi aktlar formalaşdırılacaq. Eyni zamanda 2026-cı ilədək respublikanın şəhərlərinin və rayon mərkəzlərinin, həmçinin magistral avtomobil yollarının təxminən 70 faizi DAB+ rəqəmsal radio yayımı ilə əhatə olunacaq.

Məqsəd rəqəmsal radio yayımına keçidin məqsədi tezlik resurslarından səmərəli istifadə edilməsi, ölkə ərazisində müasir radio yayımının tətbiqi nəticəsində əhalinin daha keyfiyyətli radio yayımları və yeni növ informasiya xidmətləri ilə təmin olunması və efir məkanının təhlükəsizliyinin gücləndirilməsidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)