Gündəm

Fransa və Ermənistan arasında hərbi saziş imzalandı

Fransa və Ermənistan Müdafiə nazirlikləri arasında əməkdaşlıq sazişləri imzalanıb.

ENA.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan "X" hesabında məlumat yayıb.

Nazirlərin görüşü zamanı razılaşmaların icrası ilə bağlı görülən işlərin gedişi müzakirə olunub:

“Əməkdaşlığın inkişafı üçün yeni imkanlar, o cümlədən müdafiə sistemlərinin əldə edilməsi, hərbi təhsil, təlim, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər sahələr qeyd edilib", - Papikyan yazıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)