Hesabatlar

2027-ci ildə Azərbaycanın qeyri neft-qaz sektoruna sərmayələr 10 milyard dollar olacaq

Azərbaycan hökuməti 2023-cü ildə əsas kapitala olan investisiyalarda 7,7% artım prtoqnozlaşdırır.

“Proqnozlara əsasən, 2024-2027-ci illərdə əsas kapitala investisiyalarda orta illik artım 1,6% təşkil edəcək”, - Maliyyə Nazirliyinin məlumatında qeyd olunur. 

Proqnozlara görə, ortamüddətli dövrdə kapital qoyuluşlarında artım qeyri neft-qaz sektoru hesabına təmin ediləcək. “Xüsusilə, 2027-ci ildə qeyri neft-qaz sektorunda əsas kapitala investisiyalar 2023-cü ilin yekunları üzrə 13,4 milyard manata qarşı 16,9 milyard manat (təxminən $10 milyard) təşkil edəcək», - Maliyyə Nazirliyindən vurğulanıb.

Nazirlikdən bildirilir ki, yaxın illərdə neft-qaz sektoruna kapital qoyuluşlarında azalma qeydə alınacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)