Azərbaycan Ukraynaya avtomobil satacaq

Bu il "Xəzər" avtomobilləri Ukraynaya ixrac ediləcək.
"BI" xəbər verir ki, “Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundovun sözlərinə görə, ilkin olaraq 300 avtomobilin ixracı nəzərdə tutulur.
"İxraca 2019-cu ilin ortalarında başlanılacaq. Bu günə qədər 1250 "Xəzər" maşını satılıb. Onların 400-ə yaxını dövlət idarələri, qalan hissəsi isə vətəndaşlar tərəfindən alınıb. Avtomobillərin 25-30 faizi kredit yolu ilə satılıb", deyə "Azərmaş" rəhbəri bildirib.