AZAL-da uçuş qiymətlərinin baha olmasına aydınlıq gətirilib
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində (AZAL) uçuş qiymətlərinin baha olmasına aydınlıq gətirilib.
Milli Məclisn İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov bildirib ki, hamını maraqlandıran AZAL-da qiymət məsələsidir.
Onun sözlərinə görə, aviasiya sahəsində qiymətlər dəyişkəndir, hətta eyni gündə, eyni yerə olan uçuşlarda, eyni sinifdə bəzi qiymətlər iki dəfəyə yaxın dəyişir. Ölçü vahidi olaraq aviasiya sahəsində bir kreslonun uçuş qiyməti mil olaraq nəzərə alınır: “Qiymətlərə təsir edən birinci amil yanacaq məsələsidir. Vaxtilə AZAL-a yanacaq qiymətində güzəşt edilirdisə, indi yanacaq dünya qiyməti ilə alınır, AZAL-a heç bir güzəşt yoxdur. Qiymətlərə təsir edən digər amil təyyarənin alınması və saxlanması xərcləridir. Bunan başqa, işçilər, pilot, xidmət də qiymətlərə təsir edir. Kabin hazırlığı ciddi standartlarla müəyyən olunur”, – deyə nazir müavini vurğulayıb.