Avtomobil

Avtomat ötürücülu "Xəzər" avtomobilləri bu tarixdə satışa çıxarılacaq - QİYMƏT

Avtomat ötürücülu "Xəzər" avtomobilləri fevralın sonunda satışa çıxarılacaq.

"BI" xəbər verir ki, bunu "Azərmaş" İdarə heyətinin sədri Emin Axundovun sözlərinə görə, bu avtomobillərin qiyməti 17 min manatdan başlayacaq. Zavodun direktoru bildirdi ki, artıq avtomat ötürücülü avtomobillərin ilk partiyası istehsah olunub:

"Hazırda avtomobillər sınaq müddətindədirlər. 10 gün sonra həmin avtomilləri satışda görəcəksiniz". O qeyd edib ki, bu il 3 min ədəd "Xəzər" avtomobilinin istehsalı nəzərdə tutulub: "Ümumilikdə bizim zavodda istehsal olunan avtomobillərin qiymətləri 13 500 manatdan 21 000 manatadək dəyişir. Hazırda ölkədə bu qiymətə yeni avtomobil yoxdur".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department