Azərbaycan kiçik tonnajlı avtomobillər istehsal edəcək
Bu gün Hacıqabul Sənaye Məhəlləsində yeni avtomobil zavodunun əsası qoyuldu.
"BI" xəbər verir ki, təməlqoyma mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadiyyat naziri Maksim Oreşkin iştirak etdilər.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun sözlərinə zavodda qaz markalı yüngül tonnajlı yük maşınları buraxılacaq. İllik 1000 ədəd avtomobil istehsalı üçün nəzərdə tutulan müəssisənin maliyyə dəyəri 14 milyon manatdır və bu vəsait tam olaraq "Azərmaş"ASC tərəfindən yatırılacaq. İstehsal avadanlıqları Rusiya və Avropa İttifaqı ölkələrindən gətirilib. Müəssisə 2020-ci ildə istehsala başlayacaq və burada 100 nəfər işlə təmin olunacaq.