Gündəm

Avropa Parlamenti Qarabağa görə Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Avropa Parlamentinin üzvləri Strasburqda keçirilən plenar iclasda Avropa İttifaqını Qarabağdakı antiterror əməliyyata görə Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul ediblər, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

“Avropa Parlamenti Aİ və üzv dövlətləri Qarabağda çoxsaylı atəşkəs rejiminin və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan Azərbaycan hökumətindəki şəxslərə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırır”, – mesajda deyilir.

Deputatlar Aİ-ni Bakı “Qarabağın erməni əhalisinin hüquqlarına və təhlükəsizliyinə hörmət etməyə həqiqi iradəsini” nümayiş etdirənə qədər Azərbaycanla tərəfdaşlıq sazişini yeniləmək üçün danışıqları dayandırmağa çağırıb. Əks halda, Avropa Parlamentinin deputatlarının fikrincə, viza rejiminin sadələşdirilməsinə dair sazişi dayandırmaq və Azərbaycanla ilə digər sahələrdə əməkdaşlıq səviyyəsini azaltmaq lazımdır.

Azərbaycanla Ermənistan arasında münaqişənin dərinləşəcəyi təqdirdə deputatlar Azərbaycan nefti və qazının idxalını tamamilə dayandırmağa çağırıblar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)