Bakı və Daşkənd beynəlxalq daşımalar üzrə əlavə icazə kvotalarında razılığa gəldilər
Azərbaycan və Özbəkistan avtomobil nəqliyyatı ilə beynəlxalq daşınmalara əlavə icazələrin mübadiləsi barədə razılığa gəlib.
Özbəkistan Nəqliyyat Nazirliyinin məlumatına əsasən, sentyabrın 26-da beynəlxalq avtomobil daşımaları üzrə komissiyanın birgə iclasında müvafiq razılaşma əldə edilib. İclas videokonfrans formatında keçirilib.
İclasda, o cümlədən iki tərəfin milli daşıyıcılarının qarşılaşdığı problemləri və onların həlli yolları, həmçinin hər iki tərəfin daşıyıcıları üçün bərabər imkanların yaradılması ilə bağlı məsələlər nəzərdən keçirilib.
"İclasda 2023-cü il üçün icazələr üçün əlavə kvota və 2024-cü il üçün kvota müəyyənləşdirilib. Həmçinin, 2024-cü ildən etibarən ölkələr arasında bütün icazə sənədləri tranzit, ikitərəfli və üçtərəfli sənədlərə bölünüb", - Özbəkistan Nəqliyyat Nazirliyi vurğulayır.