BİZNES

Azərbaycanda məhsul istehsalının artım tempi azalıb

Avropa Yenidənqurma və İnkişaf Bankı(AYİB) 2023-cü ildə Azərbaycanda ÜDM-in 1,5% səviyyəsində artımını proqnozlaşdırır.

“Regional Economic Prospects” hesabatına əsasən, AYİB 2024-cü ildə Azərbaycanda ÜDM-in 2,5% səviyyəsində artımını proqnozlaşdırır.

May ayında AYİB 2023-cü ildə Azərbaycanda ÜDM-in 2,5%, 2024-cü ildə - 2,7% səviyyəsində prqonozlaşdırıb.

“İki il ərzində (2021-2022-ci illərdə) yüksək artım templərindən sonra yanvar-iyul aylarının yekunları üzrə Azərbaycanda ÜDM-in artım tempi ildən ilə 0,7%-dək azalıb. Qeyri-neft sektorunda artım 3,4%-dək azalıb, neft-qaz sektorunda azalma 2,2% təşkil edib. Buna baxmayaraq, neftin əlverişli qiymətləri və Azərbaycan qazına artan tələbat fonunda ixrac və büdcə gəlirləri sabit olaraq qalır", - AYİB qeyd edir.

Bankın qiymətləndirmələrinə görə, 2023-2024-cü illərdə Azərbaycanda ÜDM-in artım tempinə neft və qaz bazarındakı vəziyyət təsir edəcək.

AYİB-in qiymətləndirmələrinə əsasən, 2023-2024-cü illər üçün Gürcüstanda ÜDM-in artımı müvafiq olaraq 6% və 4,5%, Ermənistanda isə 6,5% və 4,5% səviyyəsində proqnozlaşdırılır.

Azərbaycan Iqtisadiyyat Nazirliyi 2023-cü ildə ÜDM-in artımını 1,9%, 2024-cü ildə 2,4% səviyyəsində proqnozlaşdırır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)