Birja

Bankların dollar alışı artdı - NƏTİCƏ (26.09.2023)

Bugün Dövlət Neft Fondu (ARDNF) valyuta hərracında banklara 61,5 milyon dollar satıb. ENA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı bununla bağlı məlumat yayıb. 

“Hərracda tələb 61,5 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən bildirilib.

Qeyd edək ki, sentyabrın 21-də keçirilən hərracda banklara 45,5 milyon məbləğində xarici valyuta satılmışdı.

Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)