Gündəm

Sinan Oğan Bakıdadır

Bu il Türkiyədə keçirilmiş Prezident seçkilərində namizəd olmuş və səslərini Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın xeyrinə  vermiş Sinan Oğan Bakıda səfərdədir. 

Live Bona Dea klinikasında keçirilən tədbirdə iştirak edən Sinan Oğan bildirib ki, o, artıq bir həftədir ki, Azərbaycandadır. Bu müddət ərzində şəhid ailələri, onların övladları, qazilərin müalicəsi ilə bağlı keçirilən tədbirlərə qatılan Sinan Oğan uğurlu antiterror əməliyyatlarının başa çatması münasibətilə ölkəmizi təbrik edib, şəhidlərimizə rəhmət diləyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)