HI-TECH

Bu smartfonlarda “WhatsApp” işləməyəcək

“WhatsApp” messenceri köhnə Android cihazlarına dəstəyi dayandırır. Bildirilir ki, Android 4.1, 4.2, 4.3 və 4.4 “WhatsApp”ı dəstəkləməyəcək. Məlumata görə, dəyişikliklər oktyabrın 24-dən qüvvəyə minəcək.

Messencer hər il “hansı cihazların və proqramların köhnəlmiş sayıla biləcəyini” müəyyənləşdirir. Xüsusilə bu cihazlarda “WhatsApp”ın tələb etdiyi ən son təhlükəsizlik yeniləmələri və ya nömrənin yoxlanılması üçün SMS və ya zənglərin qəbulu kimi funksiyalar olmaya bilər.

iPhone sahibləri üçün şərtlər eyni olaraq qalır – “WhatsApp”dan istifadə etmək üçün smartfon iOS 12 və daha yeni versiyaya qədər yenilənməlidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)