“Günay Bank”ın daşınar əmlakları hərraca çıxarılır
Oktyabrın 10-da "Əmlak Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Günay Bank” ASC-nin daşınar əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.
ENA.az xəbər verir ki, bu barədə bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.
Söhbət divan, güzgülü paltar dolabı, jurnal masası, kreslo, künc divanı, künc dolabı, iclas masa oturacaqları, iclas masası, masa, sənəd dolabı, dolab, telefon masası, televizor altlığı, “Samsung UE 55” markalı televizor, “Samsung UE 65” markalı televizor, "Monoblok HP Pavilion 27-a155ur", çılçıraq və pərdədən gedir.
Əmlaklara ümumilikdə 25 075 manat qiymət qoyulub.