Bank

Banklar Neft Fondundan nə qədər dollar aldı? - HƏRRAC

Bu gün Dövlət Neft Fondu (ARDNF) valyuta hərracında banklara 26,6 milyon dollar satıb. 

ENA.az xəbər verir ki, hərracda tələb 26,6 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB məlumat yayıb. 

Xatırladaq ki, sentyabrın 14-də keçirilən hərracda banklara 25,1 milyon məbləğində xarici valyuta satılmışdı.

Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.Bank

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)