Qazaxıstan PUA istehsalı üçün Türkiyə ilə birgə müəssisə yaradır
“Biz Qazaxıstanda hərbi PUA istehsalı üçün birgə müəssisə yaratmaq üçün türk şirkətləri ilə əməkdaşlıq edirik”.
Bunu Qazaxıstan müdafiə nazirinin müavini Sultan Kamaletdinov deyib.
“Hazırda biz həm hazır PUA-lar alırıq, həm də özümüzü inkişaf etdiririk. Artıq İsrail və Çin istehsalı olan PUA-larımız var, həmçinin türk şirkətləri ilə birgə müəssisə yaratmaq üzərində işləyirik. Bundan əlavə, PUA sahəsində öz məhsullarımızı sınaqdan keçiririk”.