Sosial iqtisadiyyat

Ən yüksək maaşlı peşələr açıqlanıb

Amerika universitetlərində mühəndislik ixtisasları ənənəvi olaraq ən yüksək maaşlı hesab olunur. Ancaq kompüter mühəndisliyi hər kəs üçün deyil. Tədqiqatçılar müxtəlif sahələr üzrə məzunların maaşlarını müqayisə edərək onlardan hansının ən çox maaş aldığını müəyyən ediblər.

Şirkət hansı universitet məzunlarının ildə orta hesabla 100 min dollar qazandığını müəyyən edib. Bunun üçün “Bankrate” ABŞ Siyahıyaalma Bürosu tərəfindən aparılan “American Community Survey”in (illik demoqrafik sorğu proqramı) ən son məlumatlarından istifadə edib. Kompüter mühəndisliyi istisna olmaqla, ən yüksək maaş alan 10 peşə:

  • əczaçılıq, əczaçılıq elmləri və menecment – 100 min dollar;
  • kompüter elmləri – 100 min dollar;
  • fizika – 90 min dollar;
  • idarəetmə informasiya sistemləri və statistika – 89 min dollar;
  • tibbi təhsil (sağlamlıq və tibbi hazırlıq proqramları) – 87 min dollar;
  • tətbiqi riyaziyyat – 85 min dollar;
  • iqtisadiyyat – 85 min dollar;
  • nəqliyyat elmi və texnologiyası – 85 min dollar;
  • statistika və qərarlar nəzəriyyəsi (qərar vermə elmi) – 84 min dollar;
  • informasiya elmləri – 84 min dollar.

CNBC yazır ki, hətta əczaçılıq üzrə bakalavr dərəcəsi tədqiqat və klinik sınaqlarda yüksək maaşlı işlə təmin olunmağa kömək edə bilər. Qeyri-mühəndislik peşələri arasında kompüter elmləri üzrə təhsili olan şəxs data alimi və ya İT mütəxəssisi vəzifəsinə müraciət edə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)